"Sumqayıt"ın prezidenti Riad Rəfiyevlə bağlı maraqlı fakt üzə çıxıb.

Rekord.az xəbər verir ki,  sən demə, Rəfiyev bir vaxtlar futbolçu kimi "Xəzər Lənkəran"ın düşərgəsində olub.

Lakin onunla müqavilə bağlanmayıb və düşərgədən göndərilib. Rəfiyev niyə "Xəzər Lənkəran"a götürülməyib, onu kim göndərib, bu haqda o vaxtlar Lənkəran klubunda çalışmış Vüsal Cəlilov maraqlı faktlarla məsələyə aydınlıq gətirib: "Rasim Karanın vaxtında komanda Kızılcahamamda təlim-məşq toplanışında idi. Şəxsi işlərimlə bağlı mən Türkiyəyə gedə bilməmişdim, Bakıda qalmışdım. Bir gün ofisdə olduğum zaman qapı açıldı, bir xanım içəri daxil oldu. Mais Mənsimovla görüşmək istədiyini dedi və Mais müəllim də onu qəbul etdi. Təxminən 10 dəqiqə sonra isə məni otağına çağırıb dedi ki, komandaya yeni oyunçu götürmüşük, bu xanım da onun həm bacısı, həm də meneceridir. Müqavilə məsələlərini həll edin. Kim olduğunu soruşanda dedi ki, Riad Rəfiyev. Rəhmətlik atasının bir vaxtlar "Neftçi"nin prezidenti olduğunu bilirdim, haqqında eşitmişdim. Müqavilənin qiymətini öyrənəndə şoka düşdüm. Açıq şəkildə Mais müəllimə etiraz elədim. O isə dedi ki, Türkiyə ofisindən deyilib ki, müqavilə bağlayın. Gözünə döndüyüm Rasim Kara da elə ilk məşqdən sonra Riada demişdi ki, şələ-küləni yığ, get birbaça Bakıya, mənə lazım deyilsən. Hətta uşaqların dediyinə görə, məşqin startından 15 dəqiqə sonra Riada deyib ki, ümumiyyətlə, çəkil dur qıraqda. Mənim də intusiyam güclü olduğu üçün müqaviləni dərhal hazırlamayıb məsələni bir qədər uzatmışdım. Bununla da keçid baş tutmadı".