Riberinin 1.8 milyonluq maaş tələbi
- 03 Sen 2021 17:47
- 658
Frank Riberi karyerasını A seriyasında davam etdirə bilər.
Rekord.az xəbər verir ki, Rivberi ilə “Verona” maraqlanır.
Hətta bir neçə gün əvvəl məlumat yayıldı ki, tərəflər razılıq əldə ediblər.
Ən son məlumatda bildirilir ki, tərəflər maliyyə şərtlərində anlaşa bilmirlər. Riberi illik 1,8 milyon avro məvacib tələb edir. Klub isə bu məvacibi ödəmək iqtidarında deyil.
“Verona” rəhbərliyi Riberinin xidmətində maraqlıdır və ümid edirlər ki, futbolçu məvacib məsələsində güzəşt edəcək.
Azad agent statusunda olan Frank hazırda “Bavariya”nın düşərgəsində məşq edir.