Xəbər verdiyimiz kimi, "Səbail” qapıçısı Aleksandr Rıbka ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, 33 yaşlı qolkperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Əldə etdiyimiz məlumata görə, ukraynalının gedişi birbaşa maliyyə ilə bağlı olub. Belə ki, klub fubolçuya müqavilədə nəzərə tutulan maaşı verə bilməyəcək. Çünki büdcə ilə bağlı ciddi sıxıntı var. Klubun təklif etdiyi məbləğ isə qapıçını qane etməyib. Çünki əvvəlki maaşından iki dəfə az məbləğ olub. Bu səbəbdən də tərəflər qarşılıqlı razılıqla müqaviləyə xitam veriblər.