“Zirə”nin yeni transferi Riçard Almeyda klubun mətbuat xidmətinə açıqlama verib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisinə keçidindən danışan braziliyalı yarımmüdafiəçi ailəsi ilə məsləhətləşdikdən sonra bu qərarı verdiyini bildirib: 

“Yenidən Azərbaycana qayıtdığıma görə şadam. Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdur. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə "Zirə"yə kömək edə biləcəyəm".