Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubu “Prezident kuboku”nda növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi bu komanda yarımfinal mərhələsi çərçivəsində “Əl-Dafra” ilə qarşılaşıb.

“Baniyas” bu oyundan 0:1 hesabı ilə məğlub ayrılıb və finala çıxa bilməyib.

Almeyda da bu görüşün iştirakçısı olub. O, bu oyuna da start heyətdə başlayıb.