Rivaldo "10 nömrə"nin gənc futbolçuya verilməsini tənqid etdi
- 25 Noy 2019 19:00
- 1069
Əfsanəvi braziliyalı futbolçu Rivaldo millinin baş məşqçisi Titeni 10 nömrəli formanı Lukas Paketeyə verməsinə görə tənqid edib.
Rekord.az xəbər verir ki, "Milan"ın 22 yaşlı futbolçusu Argentina ilə yoxlama oyununda (0:1) "10 nömrə" ilə meydana çıxıb.
Rivaldo "İnstagram" səhifəsində bu haqda yazıb: "Braziliya - Argentina matçına baxdım və çox məyus oldum ki, "10 nömrə"ni bu vəziyyətə salıblar. Bütün dünyada hörmət olunan nömrəni Paketeyə veriblər. Bu nömrə birinci hissədən sonra ehtiyat oyunçular skamyasına əyləşdirilən futbolçu üçün nəzərdə tutulmayıb.
Pele, Rivelino, Ziko, Rivaldo, Kaka, Ronaldinyo, Neymar "10 nömrə" ilə oynayıblar. Günah futbolçuda deyil, günah məşqçilər kospusundadır. Onlar bu formanın dəyərini bilməlidirlər. 22 yaşlı oyunçuya indidən belə şərait yaradılsa, onun başı gicəllənə bilər".
Rivaldonun paylaşımını Braziliya yığmasında adətən 10 nömrəli formanı geyinən Neymar "like" edib. Neymar bu dəfə zədəyə görə milliyə çağırılmayıb.