Robert Prosineçki istefaya göndərildi - RƏSMİ
- 27 Noy 2019 19:00
- 1129
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığması ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Prosineçki Bosniya və Herseqovina yığmasını 2018-ci ilin yanvarından çalışdırırdı. 51 yaşlı mütəxəssisin rəhbərliyi altında bu komanda UEFA Millətlər Liqasında qrup qalibi kimi AÇ-2020-nin pley-off mərhələsinə yüksəlib. Lakin seçmə mərhələdə yığma qrup dördüncüsü olaraq, Avropa çempionatına birbaşa vəsiqə qazana bilməyib.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan millisini çalışdırıb.