İtaliya millisinin sabiq futbolçusu Roberto Bacconun evi qarət olunub.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

57 yaşlı əfsanəvi futbolçu İspaniya - İtaliya matçını izləyərkən 5 silahlı şəxs onun evinə hücum edib. Tutmağa çalışdığı oğrulardan biri tapançanın qundağı ilə keçmiş hücumçunun alnına zərbə endirib. Daha sonra Bacco və ailəsini bir otağa salan quldurlar onun evindən saatlar, zinət əşyaları və pul oğurlayıblar.

Dünya çempionatının gümüş və bürünc mükafatçısı cinayətkarlar getdikdən sonra polisə müraciət edib. İkiqat İtaliya çempionu xəstəxanaya aparılıb və alnına bir neçə tikiş vurulub.

“Yuventus”, “Milan” və “İnter” kimi komandalarda forma geyinmiş Bacco 1993-cü ildə "Qızıl top"un qalibi olub.