Niderland milli komandasının sabiq futbolçusu Robin van Persi məşqçiliyə başlayıb.

Rekord.az xəbər verir ki, keçmiş hücumçu “Feyenoord” klubunda çalışacaq. Bu barədə Erediviziya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 37 yaşlı mütəxəssis hücumçularla iş üzrə məşqçi olub.

Robin məhz “Feyenoord”un yetirməsidir. Lakin o, daha çox İngiltərənin “Arsenal” (2004-2012) və “Mançester Yunayted” (2012-2015) klublarındakı çıxışı ilə tanınıb. Van Persi İngiltərə Premyer Liqasında “Mançester Yunayted”lə bir dəfə çempionluq sevinci yaşayıbsa, iki mövsüm də bombardir olub. “Uçan hollandiyalı” ləqəbini almış futbolçu 2015-2018-ci illər aralığında Türkiyənin “Fənərbaxça” klubunda forma geyinib. O, qardaş ölkədə 87 oyuna çıxıb, 36 qol vurub. Forvard, 2018/19 mövsümünü də “Feyenoord”da keçirib.

Van Persi Niderland millisində 102 oyunda iştirak edib və 50 qola sevinib.