İspaniyanın "Real" klubunun hücumçusu Rodriqonun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda baş tutan "Lill" (Fransa) ilə matça çıxmamasının səbəbi bəlli olub.

Rekord.az "MadridXtra"ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu belindəki problem üzündən oynamayıb.

O, La Liqanın 8-ci turunda "Atletiko"ya qarşı oyunda (1:1) zədələnib.

Rodriqo "Lill" ilə görüşdə ehtiyat oyunçular skamyasında yer alsa da, meydana çıxmayıb. Görüş "Real"ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.