“Roma” baş məşqçisi ilə vidalaşmağa qərar verdi
- 04 May 2021 18:00
- 700
İtaliyanın “Roma” klubu mövsümün sonunda baş məşqçi Paulo Fonseka ilə yollarını ayıracaq.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, Fonsekanın mövsümün sonunda klubdan ayrılacağı bildirilib.
Fonseka 2019-cu ilin yayından “Roma”nı çalışdırır. Onun rəhbərlik etdiyi komanda A Seriyasında 7-ci sıradadır.