![photo](https://www.rekord.az/storage/uploads/5/reynolds.jpg)
“Roma” futbolçusunu Belçika klubuna satdı
- 31 İyl 2023 15:30
- 266
“Roma”nın müdafiəçisi Brayan Reynolds “Vesterlo”ya keçib.
Rekord.az Belçika klubunun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı amerikal futbolçu ilə 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
İtaliya klubu bu transferdən 3,5 milyon avro qazanıb. Halbuki, paytaxt təmsilçisi vaxtilə onu “Dallas”dan 6.85 milyona transfer etmişdi.
Reynolds 2022/23 mövsümünü icarə əsasında “Vesterlo”da keçirib. O, 34 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.