“Roma” hücumçusunu “Bayer”ə satdı
- 09 Sen 2020 12:43
- 591
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Roma”nın və Çexiya yığmasının hücumçusu Patrik Şiki transfer edib.
Bu barədə rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Bayer” bu transferə görə “Roma”ya 26.5 milyon avro ödəyib. Bonuslarla birgə bu məbləğin 29 milyon avroya çatacağı bildirilir. Üstəlik, Şik gələcəkdə başqa bir kluba satılsa, əldə olunacaq gəlirin 10 faizi “Roma”ya çatacaq.
Qeyd edək ki, Şik “Roma”ya 2017-ci ildə “Sampdoriya”dan transfer edilmişdi. Lakin “canavarlar”ın heyətində möhkəmlənə bilməyən forvard, ötən mövsüm Almaniyanın digər təmsilçisi “Leyptsiq”ə icarəyə göndərilmişdi. Çex futbolçu geridə qalan mövsümdə bu komandada 22 oyuna çıxıb, 10 qola imza atıb. Şik “Sampdoriya”dan öncə öz ölkəsində “Sparta” (Praqa) və “Bohemians”ın da uğurları üçün çalışıb.