"Roma" klubu A Seriyasının rəsmi saytı tərəfindən elan edilən anti-irqçilik kampaniyasını tənqid edib.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, dünən liqanın rəsmi saytında yerləşdirilən fotoda irqçiliyə qarşı mübarizə çərçivəsində rəssam Simon Fuqadzotto tərəfindən çəkilən 3 meymun təsviri yer alıb.

Rəssamın sözlərinə görə, meymunlar insanların metaforasıdır və irqçilikdən danışmaq üçün ən uyğun seçimdir.

"Roma” isə irqçılıyə qarşı bu aksiyasını təəccüblə qarşılayıb: "Liqanın irqçiliyə qarşı mübarizə aparmaq istədiyini bilirik, amma bunun doğru üsul olduğunu düşünmürük".