İtaliyanın “Roma” klubunun futbolçuları məvaciblərinin azaldılmasına razı olublar.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub, koronavirus pandemiyası səbəbiylə futbolçuların məvacibini azaldacaq.

Komanda üzvləri məvaciblərinin 4 aylıq azaldılmasına razı olublar. Mart və iyun da daxil olmaqla, 4 ay ərzində futbolçular azaldılmış məvacib alacaq. Bundan başqa, klub rəhbərliyində olanlar mart ayının məvacibindən tam imtina edib.