![photo](https://www.rekord.az/storage/uploads/5/paredes-roma.jpg)
“Roma” PSJ-nin futbolçusunu transfer etdi
- 16 Avq 2023 13:21
- 239
“Roma” PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi transfer edib.
Rekord.az xəbər verir ki, 29 yaşlı argentinalı futbolçu ilə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Paredes 2014-2017-ci illərdə də Roma klubunun şərəfini qoruyub.
O, 2019-cu ildən PSJ-də çıxış edirdi. Paredes parislilərin heyətində 117 oyun keçirib, 3 qol vurub, 10 məhsuldar ötürmə edib.