“Roma”da 1-i sağaldı, 3-ü qaldı
- 05 Sen 2020 20:21
- 835
İtaliyanın “Roma” klubunun qapıçısı Antonio Mirantenin koronavirusa yoluxduğunu xəbər vermişdik.
Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu sağalıb.
Ardıcıl üç koronavirus testi neqativ nəticələnən qolkiper, komanda ilə məşqlərə başlayıb.
“Roma”da Mirantedən başqa, Castin Kluyvert, Karles Peres və Bruno Peresin də koronavirus testi pozitiv çıxmışdı.