İtaliyanın “Roma” klubu ciddi itkiylə üzləşib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Nikolo Zaniolo zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyasının 19-cu turunun “Yuventus”la görüşündə (1:2) zədələnən 21 yaşlı yarımmüdafiəçi bu gün əməliyyat olunacaq. İtalyan futbolçunun mövsümün geridə qalan hissəsində iştirak etməyəcəyi gözlənilir.

Zaniolo bu mövsüm “Roma” ilə A Seriyasında 18 oyunda 4 qol vurub.