“Roma”nın hücumçusu Paulo Dibala Avropa Liqasının pley-off mərhələsində “Portu” ilə matçda zədələnib.


Rekord.az xəbər verir ki, argentinalı forvard 1:1 hesabıyla bitmiş bu matçın birinci hissənin sonunda əvəzlənib.


Onun zədəsinin nə dərəcədə ciddi olması təkrar müayinələrdən sonra müəyyənləşəəck.


Dibala 2022-ci ildə “Yuventus”dan azad agent kimi paytaxt komandasının sıralarına qoşulub. O, bu mövsüm 29 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.