“Roma”da danimarkalı müdafiəçi
- 15 İyl 2023 17:30
- 277
“Roma” heyətinə yeni futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, İtaliya klubu Danimarka yığmasının və “Lids”in sağ cinah müdafiəçisi Rasmus Kristenseni icarəyə götürüb.
26 yaşlı futbolçu qarşıdakı mövsümün sonunadək icarədə olacaq. O, icarə müddəti bitən kimi İngiltərə klubuna qayıdacaq.
“Lids”ə ötən ilin yayında transfer olunmuş Kristensen bu komandada 30 oyuna 3 qol vurub. O, “Midtyulland”, “Ayaks” və “Zalsburq”da da oynayıb, ölkəsinin yığmasında 14 oyun keçirib.