İtaliyanın “Roma” klubu qapıçısı Daniel Fuzatonun müqavilə müddətini uzadıb.

Rekord.az xəbər verir ki, braziliyalı qolkiper paytaxt təmsilçisi ilə müddəti 2023-cü ilə qədər olan yeni müqaviləyə imza atıb.

Bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb. Fuzatonun əvvəlki müqaviləsi 2022-ci ilin iyununa qədər idi.

23 yaşlı qapıçı “Roma”ya 2018-ci ildə yetirməsi olduğu “Palmeyras”dan transfer olunub. Lakin o, həmin vaxtdan bəri İtaliya klubunda heç bir rəsmi oyunda iştirak etməyib.