"Roma" baş məşqçisi Daniele De Rossi ilə müqaviləsinin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

40 yaşlı mütəxəssislə sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.  

De Rossi bu vəzifədə portuqaliyalı məşqçi Joze Mourinyonu əvəzləyib. O, 2024-cü il yanvarın 16-dan “Roma”nın baş məşqçisi vəzifəsini icra edir. Bu müddət ərzində “Roma” bütün turnirlərdə 26 görüş keçirib, 14 dəfə qalib gəlib, 6 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. İtaliya A seriyasının son mövsümündə “Roma” 63 xalla 6-cı yeri tutub.