“Roma”nı “Milan”a dəyişdi
- 21 Avq 2021 17:43
- 546
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Roma”dan Alessandro Florensini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya yığmasının da üzvü olan müdafiəçi 2022-ci ilin yayına qədər “Milan”da çıxış edəcək.
Florensi ötən mövsümü Fransanın PSJ klubunda icarədə keçirib.
30 yaşlı futbolçu İtaliya yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.