“Roma”nın futbolçusu rəsmən “İnter”də
- 15:00
- 39
“İnter” “Roma”nın müdafiəçisi Nikola Zalevskinin transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı oyunçu icarə əsasında cari mövsümün sonuna qədər “İnter”in şərəfini qoruyacaq. Yayda Milan klubu onun transfer hüquqlarını da almalıdır.
“Roma”nın yetirməsi olan futbolçunun paytaxt klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.