İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Karles Peres koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə ispan futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, iki gün öncə verdiyi koronavirus testinin müsbət nəticə verdiyini bildirib. Özünü yaxşı hiss etdiyini deyən futbolçu hazırda karantindədir.

Qeyd edək ki, “Roma”da bir müddət öncə qapıçı Antonio Mirantedə də koronavirus aşkarlanmışdı.