İtaliyanın “Roma” klubunun koronavirusa yoluxan futbolçusu Edin Dzeko sağalıb.

Rekord.az xəbər verir ki, 34 yaşlı futbolçunun sonuncu koronavirus testi neqativ nəticələnib.

Bu barədə o, sosial şəbəkə hesabından məlumat yayıb. Bosniya və Herseqovina yığmasının forvardı tezliklə komanda ilə məşqlərə başlayacağını bildirib.

Dzeko noyabrın əvvəlində koronavirusa yoluxmuşdu.