Romero Ştuxlikin danışıqlarını mənasız sayır: "Bu, biabırçılıqdır" MÜSAHİBƏ
- 22 May 2021 17:00
- 849
Azərbaycan Premyer Liqasının 28-ci turunda “Neftçi”yə məğlub olan “Qarabağ”ın yarımmüdafiəçisi Xayme Romeronun futbolinfo.az saytına müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- “Neftçi”yə məğlubiyyəti necə şərh edərdin?
- Qol buraxdığımız epizodu hamı gördü. Cərimə meydançasında qarışıqlıq yarandı və o anda top rəqib hücumçunun ayağına düşdü və qol vurdu. “Neftçi”nin qələbəyə layiq olduğunu düşünmürəm. Ən azı heç-heçə ədalətli olar. Hər iki komanda matçın əhəmiyyətini bilirdi. Ehtiyatlı oyun gedirdi, qol vəziyyətləri çox az idi. “Neftçi”nin qələbə qazanmaq üçün qeyri-adi nəsə etdiyini fikirləşmirəm. Heç-heçə olmalı idi.
- Penalti epizodları ilə bağlı fikirlərin necədir?
- Bu epizodlarla bağlı deməyə söz tapa bilmirəm. Necə ifadə edim ki, doğru olsun? Təkrarına 20-30 dəfə baxmışam. Maraqlıdır ki, hakim özü bu epizodlara baxanda nə düşünəcək? Hakim 5 metr uzaqda ola-ola penaltini niyə görmədi? Bu, biabırçılıqdır. Bir referi bir komandanın haqqına necə girər, bu cür onbirmetrlik cəriməni çempionluğun taleyi həll olunan oyunda verməyə bilər? Söz tapa bilmirəm deməyə.
- İki penalti epizodu var idi…
- Fikrimdə qalıram ki, ilk epizod 100 faizlik penalti idi. Hakim də uzaqda deyildi. Çox üzücü an idi. Bəzən mövsümün ortasında Hakimlər Komitəsinin sədri Frits Stuxlik gəlib bizimlə söhbət edir, danışır. Qaydalarla bağlı söhbətlər olur. Belə görürəm ki, hamısı mənasız şeylərdir. Çünki izah elədikləri başqadır, oyun ərzində etdikləri başqa. Bizə dediklərini HK sədri öz hakimlərinə desə, daha yaxşı olar. Bəzən referilər nə etdiklərini, nə istədiklərini bilmirlər. Öz hakimlərini sədr daha yaxşı başa salmalıdır.
- Klubdakı gələcəyin necə olacaq? Yaxşı təklif olsa, gedə bilərsən?
- Klubla 1 illik müqaviləm var. Özümü komandada yaxşı hiss edirəm. “Neftçi” ilə matçda olanlar məni məyus edir, özümə gələ bilmirəm. Düzdür, bu, heç nəyi dəyişməyəcək. Ən yaxşısı olanları qəbul etməkdir. Çətin anlarda kişi kimi duruş gətirmək lazımdır. İndi növbəti mövsümə hazırlaşmaq istəyirik.