Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü
- 13 Noy 2024 13:09
- 73
Bakıda səfərdə olan Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.
Rekord.az xəbər verir ki, 44 yaşlı keçmiş yarımmüdafiəçi "Qarabağ", "Neftçi", "Sabah", "Zirə" və “Marset” Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.
Tədbirə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də qatılıb. O, Ronaldinyoya Azərbaycan millisinin 10 nömrəli formasını hədiyyə edib
2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən axşam saatlarında Azərbaycana gəlib.