Ronaldinyo COP29 məkanındakı pavilyonları ziyarət edib
- 13 Noy 2024 17:45
- 79
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Bakıda COP29 məkanındakı pavilyonları ziyarət edib.
Rekord.az Report.az-a istinadən xəbər verir ki, futbolçu həmçinin Heydər Əliyev Fondunun stendinə baxıb.
Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə dünya çempionu olub. Peşəkar karyerasına ölkəsində, "Qremio"da başlayan 44 yaşlı keçmiş yarımmüdafiəçi Fransada PSJ, İspaniyada "Barselona", İtaliyada "Milan" kimi klubların formasını geyinib.
O, 1999-2013-cü illərdə Braziliya yığmasında 97 matçda 33 qolla yadda qalıb.