Ronaldinyo sərbəst buraxıldı
- 25 Avq 2020 17:20
- 623
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinho və qardaşı Roberto de Assis sərbəst buraxılıb.
Rekord.az xəbər verir ki, bununla bağlı Paraqvay məhkəməsi qərar qəbul edib.
Bu barədə “Frans-Press” agentliyi məlumat yayıb. Ronaldinyo 90, qardaşı isə 110 min dollar cərimə ödəyəcək.
Ronaldinyo və qardaşı Assis Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə martın 5-dən həbsdə idilər. Keçmiş futbolçu apreldən ev dustaqlığına buraxılmışdı.