Braziliyalı vinger Joao Mendeş özünə yeni klub tapıb.

Rekord.az xəbər verir ki, Ronaldinyonun oğlu İngiltərənin “Bernli” klubu ilə müqavilə imzalayıb.

19 yaşlı futbolçu komandaya azad agent kimi keçib.

Mendeş əvvəllər “Barselona”nın gənclər komandasında çıxış edib və karyerasına vətənində – “Kruzeyro” akademiyasında başlayıb.

“Bernli” ötən mövsüm İngiltərə Premyer Liqasında yerini qoruya bilməyib və mübarizəni Çempionşipdə davam etdirir.