Ronaldo Azərbaycanla oyuna iddialı gələcək
- 20 Mar 2021 16:18
- 599
Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş komandanın kapitanı Kriştiano Ronaldonun DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarına hazır olduğunu deyib.
Rekord.az xəbər verir ki, 66 yaşlı mütəxəssis “Yuventus”un Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasından sonra Ronaldonun tənqidlərə məruz qalmasından da danışıb.
O, bu durumun milliyə mənfi təsirinin mümkünlüyünə dair suala cavabında təcrübəli oyunçunun həmişə yüksək motivasiyada olduğunu deyib:
“Kriştiano Ronaldo həmişə yüksək motivasiyadadır. Söhbət az, yaxud çox qol vurmaqdan getmir. Mən əminəm ki, o, millinin uğurları üçün qarşıdakı görüşlərə də həmişəki iddia ilə gələcək”.
Portuqaliya DÇ-2022-nin seçmə mərhələsində martın 24-ü Azərbaycan, martın 27-də Belqradda Serbiya, martın 30-da isə səfərdə Lüksemburqla qarşılaşacaq.