"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Joan Qamper kubokunda "Barselona" ilə matçda iştirak edə biləcək.

Rekord.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

36 yaşlı hücumçu bir neçə gündür ki, komanda ilə məşq edir. O, sözügedən yarışda Kataloniya klubu ilə oyunda meydanda olacaq. Lakin portuqaliyalı futbolçu 90 dəqiqə oynaya bilməyəcək.

Qeyd edək ki, "Barselona" - "Yuventus" matçı avqustun 8-i keçiriləcək.