“Yuventus” İtaliya kubokunun final matçında “Napoli”yə məğlub olub (0:0, penaltilər 2:4).

Rekord.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşma Turin təmsilçisinin futbolçusu Kriştiano Ronaldo üçün antirekordla yadda qalıb.

Belə ki, portuqaliyalı hücumçu karyerasında ilk dəfə ardıcıl iki finalda da uduzub.

İtaliya kubokunda “Napoli”yə məğlub olan “Yuventus”, superkubok matçında da “Latsio”ya uduzmuşdu (1:3).