Ronaldo ilə məşq etməkdən niyə utanır?
- 19 İyn 2020 17:22
- 658
"Yuventus"un ulduzu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriges maraqlı etiraflar edib.
Rekord.az xəbər verir ki, model karantində portuqaliyalı hücumçu ilə məşq edərkən diskomfort hiss etdiyini bildirib:
"Əvvəlcə Kriştianu ilə məşq etməkdən utanırdım. Təsəvvür edin ki, onun yanında məşq etməli olursan.
Ronaldo oyunlarda olduğundan, evdə həmişə tək məşq etmişəm. Lakin bir müddət sonra bu hiss keçdi. İndi onunla məşq etməkdən zövq alıram. O, mənə motivasiya verdi, özümə güvənimi artırdı".
Məşhur model əlavə edib ki, Ronaldu peşəkar idmançıdı və bu səbəbdən, onların fiziki bacarıqlarını, məşq səviyyəsini müqayisə etmək doğru deyil