Ronaldo koronavirus testini cəfəngiyyat adlandırdı
- 29 Okt 2020 14:48
- 545
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Barselona" ilə oyun öncəsi öz vəziyyəti haqda yazıb.
Rekord.az xəbər verir ki, koronavirusa yoluxan portuqaliyalı hücumçu şəxsi "İnstaqram" səhifəsində özünü yaxşı hiss etdiyini bildirib: "Özümü əla və sağlam hiss edirəm! Davam et, "Yuventus".
35 yaşlı oyunçu mesajın altındakı şərhlərdən birinə koronavirus testi ilə bağlı narazılığını bildirib: "Koronavirus testi cəfəngiyyatdır".
Qeyd edək ki, bir neçə dəfə koronavirus testi müsbət çıxan Ronaldo bu səbəbdən "Barselona" ilə görüşü buraxacaq.