"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo futbolçusu karyerasını başa vurduqdan sonra  klubda qalmağı planlaşdırır.

Rekord.az "The Sun"a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu "qırmızı şeytanlar"ın çalışdırıcısı olacağını gözləyir.

Hələ karyerasını başa vurmaq istəməyən portuqaliyalı oyunçu gələcəkdə "Yunayted"in gənclər komandasının baş məşqçisi olmağa hazırlaşır. Beləliklə, o, hazırda 11 yaşında olan oğlu Juniorun inkişafını izləyə biləcək. Junior artıq klubun aşağı yaş komandasında məşqlərə başlayıb.