“Yuventus” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşıb.

Rekord.az xəbər verir ki, Turində keçirilən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Yuventus”un qollarından birini 57-ci dəqiqədə Kristiano Ronaldo vurub. Portuqal hücumçu bununla Çempionlar Liqasında özünün 71-ci ev qoluna imza atıb və həmin göstərici üzrə rekordçu, "Barselona"nın hücumçusu Lionel Messini ötüb. Buna qədər Messi aktivindəki 70 qolla birinci idi.

Bu, həmçinin Ronaldunun karyerasında 750-ci qolu olub.