“Yuventus”un ulduzu Kriştiano Ronaldo sabiq klubu "Real"ın prezidenti Florentino Perezlə görüşüb.

Rekord.az xəbər verir ki, görüş Turində, “Yuventus”un bazasında olub.

Lakin tərəflərin hansı məsələ ilə bağlı müzakirə apardığı məlum deyil.

Ronaldo “Yuventus”a 2018-ci ildə məhz “Real”dan keçib. 35 yaşlı hücumçunun transfer dəyəri 117 milyon avrodur. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Portuqaliyalı futbolçu bu mövsüm A seriyasında 14 matça çıxaraq, 15 qol vurub və 2 qolun ötürməsini verib.`