"Real" rəhbərliyi "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu komandaya geri qaytarmaq fikrində deyil.

Rekord.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki, 35 yaşlı hücumçunun qayıdışı Madrid klubunun transfer siyasətinə uyğun deyil. Çünki rəhbərlik daha gənc futbolçulardan ibarət komanda qurmağı planlaşdırır.

Qeyd edək ki, Ronaldo bu mövsüm 32 matçda 25 qol vurub, 4 qolun ötürməsini verib.

Xatırladaq ki, İtaliya mətbuatı portuqaliyalı oyunçunun "Real"a qayıtmaq istədiyini yazmışdı.