Ronaldo sıradan çıxdı
- 18 Apr 2021 12:37
- 600
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo zədələnib.
Rekord.az "Footbal İtalia"ya istinadən xəbər verir ki, bu barədə baş məşqçi Andrea Pirlo danışıb. O, 36 yaşlı hücumçunun A seriyasının 31-ci turunda “Atalanta” ilə matçı da buraxacağını bildirib:
“Əhəmiyyətli bir oyunçu oynamayacaq. Ronaldo ayaq əzələsindəki problemlər səbəbindən meydanda olmayacaq. Onu səfərə aparmaq çox riskli olardı. Ümid edirik ki, Kriştiano tez sağalar. Problem son oyundan- “Cenoa” ilə görüşdən sonra ortaya çıxdı. Bu həftə istədiyi kimi məşq edə bilmədi. “Atalanta” ilə görüşdə Dibala start heyətdə olacaq”.
Qeyd edək ki, aprelin 18-də keçiriləcək “Atalanta” – “Yuventus” qarşılaşması Bakı vaxtı ilə 14:00-da başlayacaq.