“Tottenhem”in futbolçusu Harri Keyn qarşısına qoyduğu hədəflərdən danışıb.

Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu “Sky Sport”a açıqlamasında oyun və qol səviyyəsində “Yuventus”un futbolçusu Kriştiano Ronaldo və “Barselona”nın kapitanı Lionel Messiyə çatmaq istədiyini deyib:

“Edə biləcəyim daha çox şey var. Statistikam indikindən də yaxşı ola bilər. Ən yaxşı olmaq istədiyimi söyləməkdən qorxmuram. Ronaldo və Messinin səviyyəsinə çatmağa çalışmaq istəyirəm. Əsas məqsədim kuboklar qazanmaq və hər mövsüm 50, 60, 70 qol vurmaqdır. Özümə göstərdiyim təzyiq hər zaman başqasının mənə tətbiq edə biləcəyindən çox daha yüksəkdir”.

Qeyd edək ki, Keyn bu mövsüm bütün turnirlərdə 54 matçda 32 qol vurub və 17 qolun ötürməsini verib.