Portuqaliyalı müdafiəçi Pepe Avropa çempionatları tarixinə düşüb.

Rekord.az xəbər verir ki, o, meydana çıxan ən yaşlı futbolçu olub.

AÇ-2024-ün ilk turunun Çexiya ilə görüşündə Pepenin 41 yaş 113 günündə start heyətində yer alıb. Təcrübəli futbolçu macarıstanlı qapıçı Qabor Kirayın rekordunu təzələyib. Kiray AÇ-2016-da 40 yaş 86 günündə meydanda olub.

Turnirin tarixində 3-cü ən yaşlı oyunçusu isə Kristiano Ronaldo olub. O, Çexiyaya qarşı 39 yaş 134 günündə Avropa çempionatında meydana çıxmaq şansı qazanıb.

Ronaldo həm də altı Avropa çempionatında iştirak edən yeganə futbolçu ünvanına yiyələnib.

39 yaşlı futbolçu 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə (2021-ci ildə baş tutub) keçirilən Avropa çempionatlarında millinin heyətində yer alıb. Ümumilikdə hücumçu 26 matça çıxıb. O, bu görüşlərdə 14 qola, 9 məhsuldar ötürməyə imza atıb.

Ronaldo Avropa çempionatları tarixində ən çox qol vuran futbolçudur.