![photo](https://www.rekord.az/storage/uploads/4/ronaldo1-8.jpg)
Ronaldo yeni biznes sahəsinə girişdi
- 17 Apr 2021 12:43
- 622
Futboldan əlavə sahələrə yatırım edən "Yuventus"un hücumçusu Kriştiano Ronaldo bu dəfə eynək markasını tanıdıb.
Rekord.az xəbər verir ki, markanın reklam çəkilişində ulduz futbolçu özü yer alıb.
"CR7-eyewear" markalı eynəklər internet üzərində satışa çıxarılıb. Gözlüklərin qiymətləri 63-173 avro arasında dəyişir.
Ronaldo daha öncə 5 ulduzlu otel, geyim, mobil tətbiq və ayaqqabı sahələrinə yatırım edib, öz adını verib.