"Yuventus"un vitse-prezidenti Pavel Nedved komandanın futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun Turin təmsilçisində qalacağını deyib: "Kriştiano bazar ertəsi günü klubun bazasına qayıdır. O, bizimlə qalacaq".

Qeyd edək ki, Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin iyunu başa çatır.