İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo komanda ilə məşqlərə başlayıb.

Rekord.az xəbər verir ki, 35 yaşlı hücumçu məşqdən əvvəl lazımi tibbi testlərdən keçib. Futbolçular klubun bazasında kiçik qruplar halında çalışıblar.

Qeyd edək ki, bu, Turinə mayın 5-də qayıdan Ronaldonun 14 günlük karantindən sonra ilk məşqi olub.