Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Peəşkar Liqasının 22-ci turunda qələbə qazanıb.


Rekord.az xəbər verir ki, Ronaldonun (48) fərqləndiyi matçda komandası "Əl-Vəhda"nı 2:0 hesabı ilə məğlub edib.


Digər qolu Sadio Mane (90+10) rəqib qapısından keçirib.


40 yaşlı futbolçu bununla da karyerasında vurduğu qolların sayını 925-ə çatdırıb.


"Əl-Nəsr" 47 xalla üçüncü sırada yer alıb. Turnir cədvəlinə 55 xalla "Əl-İttihad" komandası başçılıq edir.