“Yuventus”un futbolçusu Kriştiano Ronaldo koronavirusa yoluxan komanda yoldaşı Daniele Ruqaniyə dəstək olub

Rekord.az xəbər verir ki, portuqaliyalı hücumçu şəxsi Tvitter səhifəsində italiyalı müdafiəçinin yanında olduğunu yazıb:

"Bu gün bir futbolçu kimi yox, bir övlad, bir ata və bütün dünyaya təsir göstərən hadisələrdən narahat olan bir insan kimi danışıram. İnsan həyatı hər şeydən önəmlidir. Komanda yoldaşım Daniele Ruqani kimi virusla mübarizə aparan hər kəsin yanındayam".