Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasını bundan sonra Stefano Pioli çalışdıracaq.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 yaşlı italiyalı mütəxəssis bu postda ötən gün komandadan göndərilən Luis Kastronu əvəzləyib.

O, son olaraq ölkəsinin "Milan" kollektivini çalışdırıb.

"Əl-Nəsr" son 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub.