“Jornal de Noticias” Kriştiano Ronaldo ilə bağlı maraqlı xəbər yayıb.

Rekord.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu fırıldaqçı qadın tərəfindən üç il aldadılıbmış.

Portuqaliya nəşrinin məlumatında Ronaldoya dəyən ziyanın 288 min avro olduğu bildirilib. Qəribəlik ondadı ki, 53 yaşlı səyahət agenti ulduz futbolçunun getmədiyi 200 səfər üçün ondan pul alıb…

Kriştiano həmin agentə istifadə edilən bank kartı və digər sənədlərlə bağlı bir sıra məlumatlar verib. “Jornal de Noticias” qadının məşhur agent Jorje Mendeş də daxil olmaqla Manuel Fernandeş, Nani və daha bir neçə portuqaliyalı futbolçunu aldada biləcəyini də qeyd edir. Məlumunuz olsun ki, səyahət agenti 2017-ci ildə cinayətlərdə günahkar bilinib. Fırıldaqçı artıq 4 ildi həbsdədi və hakim onun aldatdığı şəxslərin pullarını qaytarması ilə bağlı qərar da çıxarıb. Amma Portuqaliya nəşri adı çəkilməyən cinayətkarın zərərçəkənlərin hesabına ayda nə qədər pul köçürdüyünə aydınlıq gətirməyib.